Rasmus Höylund qərarını verdi

"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund karyerası ilə bağlı qərar verib.

Sportline.az xəbər verir ki, 22 yaşlı forvard klubdan ayrılmaq niyyətində deyil.

Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, Rasmus Höylund "Mançester Yunayted"ə 2023-cü ilin yayında "Atalanta"dan 77.8 milyon avro qarşılığında transfer olunmuşdu.