Rauf Əliyevdən "Neftçi"yə mesaj

Azərbaycan Premyer Liqasının 19-cu turunda bu gün “Neftçi” ilə oyunda “Səbail”in bərabərlik qolunu vuran Rauf Əliyevin sevincini çılğınlıqla qeyd edib.

Sportline.az xəbər verir ki, matçın 90+2-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən hücumçu “Neftçi”yə mesaj verib. O, qoldan sonra formasını rəqib komandanın məşqçilər korpusu olan texniki zonaya göstərib.

Qeyd edək ki, ötən ilin yayında “Nefçi”yə keçən Rauf Əliyev qış fasiləsində klub tərəfindən müqaviləsi birtərəfli qaydada ləğv edilərək göndərilib.