Rauf oynadı, "Kukesi" məğlub oldu

Azərbaycan millisinin üzvü Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Skenderbeu" olub. 

Qarşılaşma "Skenderbeu"nun qələbəsi ilə yekunlaşıb - 2:1.

R.Əliyev matça start heyətində başlayıb və sonadək mübarizə aparıb.

"Kukesi" - "Skenderbeu" - 1:2
Qollar
: Dita, 31 (0:1), Bakay, 36-pen (1:1), Lilay, 83-pen (1:2)

Qeyd edək ki, bu qələbə ilə “Skenderbeu” xalını 10-a yüksəldib və vahid lider olub. “Kukesi” isə 7 xalla ikinci pillədə qərarlaşıb.