"Real" da, "Yuventus" da məğlub oldu

Davam etdirilən azsaylı liqalardan olan Nikaraqua çempionatında 13-cü tura yekun vurulub.

Sportline.az xəbər verir ki, bu gün paytaxt təmsilçisi “Yuventus Manaqua” səfərdə “Çinandeya” ilə qarşılaşıb və 4 cavabsız qolla uduzub. “Real Madriz” isə rəqib meydanında “Sabanas”a məğlub olub – 1:2.

“Çinandeya” - “Yuventus Manaqua” – 4:0
Qollar:
 Alcazar, 14, Zuniqa, 34, Alcazar, 68, Barrios, 82

“Sabanas” – “Real Madriz” – 2:1
Qollar
: Perreyra, 68 (1:0), 83 (2:0), Quinones, (2:1)

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla “Manaqua” başçılıq edir.