"Real Madrid" futbolçusunu 100 milyon avroya satmağa hazırdır
"Real Madrid" brazilyalı ulduz futbolçusu Rodriqonu satmaq qərarına gəlib.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.
"Mançester Siti" Rodriqonu transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, sözü gedən futbolçu 2019-cu ildən "los blankos"da çıxış edir.