"Real Madrid" "Liverpul"a təklif göndərib
"Real Madrid" fransalı stoper İbrahima Konate üçün "Liverpul"a rəsmi təklif göndərib.
Sportline.az xəbər verir ki, Madrid klubu bu keçid üçün qarşı tərəfə 25 milyon avro ödəməyə hazırdır.
Lakin "Liverpul"un rəhbərliyi bu təklifi rədd edib. Mersisayd klubu 45 milyon avro istəyir.
Bu haqda "Defensa Central" nəşri məlumat yayıb.
Konate "Liverpul"dan ayrılmaq fikrində qətidir. Bu səbəbdən "Real"ın təklifinə müsbət cavab verib.
Lakin son qərarı İngiltərə klubu verəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.