"Real Oviedo" müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirib

Karyerasının bir dövründə "Beşiktaş"ın formasını geyinmiş Erik Baillinin yeni klubu müəyyənləşib.

Sportline.azcxəbər verir ki, İspaniyanın La Liqa təmsilçilərindən olan "Real Oviedo" müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirib.

"Real Oviedo" rəsmi saytında verdiyi açıqlamada son olaraq "Vilyarreal" klubunda çıxış edən 31 yaşlı Fil Dişi Sahilli futbolçunu transfer etdiyini bildirib.