“Real”da ciddi itki
“Real Madrid”in brazilyalı futbolçusu Rodriqonun zədələndiyi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rodriqo 1 həftə yaşıl meydanlarda uzaq qalacaq.
23 yaşlı futbolçu “Jirona” ilə matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Jirona” – “Real Madrid” matçı bu gün gecə yarısı saat 00:00-da başlanacaq.