“Real”ın bəzi futbolçuları Alonsodan narazıdır
"Real Madrid"də bəzi oyunçular baş məşqçi Xabi Alonsodan narazıdırlar.
Sportline.az xəbər verir ki, Alonso oyunçuların gündəlik həyatında da nizam-intizamlı olmağa, cədvələ nəzarət etməyə, idman zalında daha çox profilaktik məşqlər, həmçinin qrup və fərdi videosessiyalar keçirməyə çalışıb.
Bəzi futbolçular dəyişikliklərdən narazıdırlar və bunu özlərinə qarşı hörmətsizlik hesab edirlər.