"Real"ın fantastik transfer planı

"Real"ın transfer planı müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Marca" nəşri Madrid klubunun bu il "Borussiya"nın (Dortmund) futbolçusu Erlinq Holandı, gələn il isə PSJ-nın hücumçusu Kilian Mbappeni transfer etmək istədiyini yazıb.

Bildirilib ki, "Real" hücumçusu ilə Benzema ilə birgə oynayacaq yaxşı oyunçu almaq istəyir. Təzminat qiyməti 75 milyon avro olan norveçli hücumçunu alaraq klub bu istəyini gerçəkləşdirməyi planlaşdırır.

Mbappenin isə bu il almağın çətin olacağı vurğulanıb. Buna görə də "Real"ım onu gələn il transfer etməyə çalışacağı vurğulanıb.