"Real"ın futbolçusu sevgilisinin badına gedə bilər

“Real”ın hücumçusu Luka Yoviç həbs edilə bilər.

Sportline.az xəbər verir ki, karantin qaydasını pozaraq, sevgilisinin ad gününü qeyd etmək üçün İspaniyadan Serbiyaya yollanan futbolçu cinayət məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulub.

22 yaşlı oyunçu Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə həbsdən yaxasını qurtara bilər.