“Real”ın ulduz futbolçusu zədələnib

 “Real Madrid”in 23 yaşlı brazilyalı futbolçusu Rodriqonun zədələndiyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rodriqo “Dortmund”la matçda ayağından zərbə alıb. Oyunçunun müalicəsi davam edir.

Rodriqonun “Barselona” ilə matçda meydana çıxması sual altındadır.

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 3 qol və 2 asistlə yadda qalıb.