Renat Dadaşov harada çıxış edəcək?

Milli komandamızın üzvü Renat Dadaşov yeni klub axtarışındadır.

Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu mövsümün əvvəlində transfer olunduğu "Motor"dan ayrılmaq üzrədir.

Polşa təmsilçisi futbolçuya bununla bağlı xəbərdarlıq edib. 

Son məlumatlara görə, Renat Dadaşovun Azərbaycanda çıxış etmək variantı da var.

Misli Premyer Liqası klublarından ona təklif göndərildiyi bildirilir. 

Hələlik həmin klubların adı açıqlanmır.