Renat Dadaşov klubunu dəyişir

Milli komandanın hücumçusu Renat Dadaşovun Polşanın "Motor" komandasındası macərası başa çatır.

Sportline.az xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı futbolçuya bununla bağlı xəbərdarlıq edib.

Lublin təmsilçisi Renatla yanaşı daha bir neçə futbolçusu ilə vidalaşmağa hazırlaşır.

Həmin futbolçulara yeni klub axtarışına çıxmaq tövsiyyə olunub.

Qeyd edək ki, mövsümün əvvəlində "Motor"un formasını geyinən Renat Dadaşov meydana çıxdığı 12 oyunda heş bir məhsuldar göstərici ilə yadda qalmayıb.