Renat Dadaşovun komandası ulduz futbolçu "ovuna çıxıb"

İngiltərənin "Vulverhempton" klubu Xames Rodrigesi heyətə cəlb etmək niyyətindədir.

Sportline.az Daily Mail-ə istinadən xəbər verir ki, "canavarlar" bu transferi mövsümün sonunda həyata keçriməyi planlaşdırırlar.

Klub rəhbərliyi, 28 yaşlı kolumbiyalı yarımmüdafiəçi üçün 71 milyon funt sterlinqdən keçməyə hazırdır.

Qeyd edək ki, millimizin hücumçusu Renat Dadaşov "Vulverhempton"un 23 yaşadək futbolçulardan ibarət komandasının üzvüdür.