Rəşad Sadıqov "Fiorentina" ilə oyuna çıxa bilər

SportLine.az azerisport.com-a istinadən xəbər verir ki, “Qarabağ”ın kapitanı bunun üçün müalicə prosesini təxirə salıb. Milli komandanın Belfast səfəri ərəfəsində dizindəki zədəsi ağırlaşan futbolçu Almaniyada müalicə kursu keçməli idi. Amma, Avropa Liqasında yaranan vəziyyət kapitanı daha bir riskə getməyə məcbur edib. Səbəb isə, 5-ci turda “Slovana” məğliyyət və heyətdəki itkilərdir. Kapitan “Fiorentina” ilə qələbə tələb olunan oyunda  komandasını tək buraxmaq istəmir. Zədənin ciddiliyini nəzərə alsaq, əlbəttə ki, bu kifayət qədər böyük riskdir. Amma, müalicəni təxirə salıb, məşqlərə başlamaq qərarı qəbul olunub və çox güman ki, dekabrın 8-də “Qarabağ”ı meydana kapitan sarğısı ilə məhs Sadıqov çıxaracaq.