Riberidən "Bavariya"ya mesaj
Məşhur hollandiyalı futbolçu Frank Riberi “Bavariya” rəhbərliyinə mesaj verib. SportLine.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi daha 2-3 il münhenlilərin uğurları üçün çalışmağa hazırdır. Goal.com-a açıqlama verən Riberi əla formada olduğunu vurğulayaraq karyerasını bitirmək fikrində olmadığını deyib. Qeyd edək ki, hollandiyalının 2017-ci ilin yayınadək “Bavariya”ilə müqaviləsi var.