Rio-2016: Atletimiz yarımfinalda
Rio-2016 Yay Paralimpiya Oyunlarında atletika yarışlarına start verilib. Sportine.az xəbər verir ki, ilk gündə üç atletimiz mübarizəyə qoşulub.
Qadınların 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsinə qatılan Yelena Çebanu Paralimpiadaya uğurlu start verib. İspaniyalı və fransalı rəqiblərini qabaqlayaraq finişə birinci çatan atletimiz yarımfinala adlayıb.
Uzunluğa tullanma yarışlarında Azərbaycanı təmsil edən Elçin Muradov ümumi nəticədə 5-ci olaraq mükafatçılar sırasında kənar qalıb.
Kişilərin 400 metr məsafəyə qaçış yarışlarında isə Elmir Cəbrayılov etimadı doğrultmayıb. Təsnifat mərhələsini 3-cü pillədə tamamlayan atletimiz mübarizəni erkən dayandırıb.