"Rizəspor"un Qartalı "uçdu"

Türkiyə superliqa təmsilçisi “Rizəspor”un baş məşqçisi İsmail Kartal istefa verib.

Sportline.az xəbər verir ki, bu barədə klubun prezidenti Hasan Kartal məlumat verib.

“Rizəspor” Super Liqanın 24-cü turunda “Trabzonspor”la səfər oyununda 2:5 hesabıyla məğlub olub. Bundan sonra o, istefa verib. İstefa qəbul olunub.

Rizə təmsilçisi 24 turdan sonra 18 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.