Rodriqo El Klassikoda meydanda olmayacaq

“Real Madrid”in brazilyalı ulduz futbolçusu Rodriqo 26 oktyabrda keçiriləcək “Barselona” ilə matçda iştirak edə bilməyəcək.

Sportline.az futbol jurnalisti Arança Rodriqezin paylaşımına istinadən xəbər verir ki, Rodriqo El Klassikoda zədə səbəbindən meydanda olmayacaq.

Rodriqo “Dortmund” ilə matçda zədələnmişdi

Qeyd edək ki, Rodriqo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 3 qol və 2 asistlə yadda qalıb.