"Roma" ingiltərəli futbolçunu transfer etməkdə israrlıdır

Ötən mövsümü "Çelsi"də icarə əsasında keçirən ingiltərəli futbolçu Ceydon Sanço karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Roma" 25 yaşlı sol cinah vingerinin heyətinə qatmaqda israrlıdır.

Sançonun klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, o, "Mançester Yunauyted"ə 2021-ci ilin yayında "Borussiya Dortmund"dan 85 milyon avro qarşılığında transfer olunmuşdu.