“Roma” “Mançester Yunayted”ə 20 milyon avro təklif edib
"Roma" ingiltərəli futbolçu Ceydon Sançonu transfer etməyə çalışır.
Sportline.az xəbər verir ki, Paytaxt klubu 25 yaşlı futbolçu üçün "Mançester Yunayted"lə danışıqlara başlayıb.
Sanço ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.
Qeyd edək ki, sözü gedən futbolçunun klubla sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.