Ronaldinyo gedişi ilə məhbusları ağlatdı

Braziliya millisinin sabiq üzvü Ronaldinyo və qardaşı Asunsonyonedə həbsxanadan çıxmazdan əvvəl məhkumlarla vidalaşıb.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, məhkumlar Ronaldinyonun türmədən çıxacağını biləndən sonra onun üçün barbekyu təşkil ediblər. Əfsanəvi oyunçu ilə vidalaşan kamera yoldaşlarının göz yaşlarını saxlaya bilmədiyi qeyd olunub. Ronaldinyo Braziliyaya qayıtmazdan əvvəl onları ziyarət edəcəyinə söz verib.

Qeyd edək ki, Ronaldinyo həbsxanada olduğu müddətdə məhkum və işçilərlə futbol oynayıb.

Xatırladaq ki, Ronaldinyo və  qardaşı  1,6 milyon girov müqabilində türmədən çıxıb. Onlar ev həbsini Asunsyone şəhərindəki "Palmaroga" adlı 5 ulduzlu oteldə çəkir.