Ronaldinyo həbsdə Puyola zəng edib

Paraqvayda həbsdə olan Ronaldinyoya digər məhkumlardan daha çox telefon zənglərindən istifadəyə icazə verilib.

Sportline.az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, bu günlərdə braziliyalı “Barselona”dakı sabiq komanda yoldaşı Karles Puyola zəng vurub. Onların xeyli danışdığı və Puyolun Ronaldinyonu dəstəklədiyi bildirilib.

Qeyd edək ki, ötən ayın əvvəlləri saxta pasportla tutulduğuna görə Ronaldinyo və qardaşı barəsində Paraqvayda həbs qərarı verilib.