Ronaldo qəzaya uğrayan komandanın hesabına pul köçürdü
Portuqaliya millisinin və Madrid "Real"ının ulduzu Kriştiano Ronaldo təyyarə qəzasına uğrayan "Şapokoense" klubunun hesabına 3 milyon dollar köçürüb. SportLine.az xəbər verir ki, Portuqaliyalı qəzada dünyasını dəyişənlərin yaxınlarına dəstək olmağı da lazım bilib: “Şapekoense” ilə baş verən faciədən şoka düşmüşəm. Mən hadisə qurbanlarının ailə üzvləri və dostları ilə həmrəyəm”.
Qeyd edək ki, Sudamerikana kubokunun “Atletiko Nasyonal”la ilk final oyununun keçirilməsi üçün Kolumbiyaya yollanan “Şapekoense” Medelyin yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 81 nəfərdən 76-sı vəfat edib.