Ronaldo və agenti koronavirusa qarşı reanimasiya şöbəsi tikdirəcək

“Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo və onun agenti Jorje Mendeş də bəşəri xəstəliyə qarşı mübarizəyə qoşulub.

Sportline.az xəbər verir ki, onlar birlikdə Portuqaliyada 2 xəstəxanada 3 reanimasiya şöbəsinin təşkilini öz üzərinə götürüb.

Bölmələr xəstələrin müalicəsi üçün lazım aparatlarla tam təchiz ediləcək. Reanimasiya şöbələri Ronaldo və Mendeşin adını daşıyacaq.