Ronaldodan rəmzi 11-lik

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo indiyə kimi oynadığı klublarda ən yaxşı oyunçu hesab etdiklərindən ibarət rəmzi komanda təşkil edib.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki,  portuqaliyalı hücumçu rəmzi komandaya "Real"dan 7, "Mançester Yunayted"dən 4 futbolçu daxil edib. Maraqlıdır ki, Ronaldonun hazırkı klubundan heç kəs rəmzi komandada yer almayıb.

Qapıçı: İker Kasilyas

Müdafiəçilər: Con O'şi, Rio Ferdinand, Serxio Ramos, Pepe, Marselo

Yarımmüdafiəçilər: Xabi Alonso, Luka Modriç, Rayan Qiqqz

Hücumçular: Ueyn Runi, Kərim Benzema