Rudiger gələcəyi ilə bağlı qərar verdi

"Real"ın müdafiəçisi Antonio Rudiger gələcək karyerasının planının qurub.

Sportline.az xəbər verir ki, almaniyalı futbolçu Madrid klubundan ayrıldıqdan sonra Səudiyyə Ərəbistanına yollanacaq.

Bu haqda "Relevo" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Rudiger bununla bağlı qəti qərar qəbul edib.

Qeyd edək ki, futbolçunun "Real"la 2026-cı ilədək müqaviləsi var.

O, müqavilənin müddəti bitdikdən sonra klubdan ayrılacağını bildirib.