Rüfət Dadaşov Almaniya mətbuatında

Almaniyada bu qış 3-cü liqanı tərk etmiş 43 futbolçu xatırladılıb.

Sportline.az liqanın saytına istinadən xəbər verir ki, onlardan biri qışda "Proyssen"dən "Finiks Rayzinq"ə keçən millimizin hücumçusu Rüfət Dadaşov olub.

28 yaşlı oyunçu haqda bu fikirlərə yer verilib: "Azərbaycanlı indiyə kimi ABŞ-da cəmi 1 rəsmi oyun keçirib, ancaq debütünü düzgün edib. O,  üç qol vurdu və mövsümü əvvəlində yeni komandasının 6:1 hesablı qələbəsinə mühüm töhfə verdi".