Rüfət Dadaşov ABŞ- liqasının ilk turunda 3 qol vurdu

ABŞ-da USL liqası start götürüb.

Sportline.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” “Portlend 2”ni qəbul edib və 6:1 hesabı ilə qələbə qazanıb.

Əsas heyətdə meydana çıxan Dadaşov 13, 24 və 65-ci dəqiqələrdə qol vurmaqla het-trik edib. O, 86-cı dəqiqədə əvəzlənib.