Rüfət Dadaşovun ABŞ-da ilk uğuru

Milli komandamızın hücumçusu Rüfət Dadaşov ABŞ-ın USL çempionatında I turun oyunçusu seçilib.

Sportline.az xəbər verir ki, "Finiks Rayzinq"in forvardı 52 faiz səslə bütün rəqiblərini üstələyib. Rüfət həftənin rəmzi komandasında da yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov I turda "Portlend Timbers"lə oyunda (6:1) het-trik etmişdi. O, "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan transfer olunub.