Runini bağışladılar

İngiltərə Futbol Assosiasiyası milli komandanın forvardı Ueyn Runini cəzalandırmayıb. SportLine.az xəbər verir ki bu haqda İngiltərə mətbuatı məlumat yayıb. Xatırladaq ki, “Mançester Yunayted”in futbolçusu Şotlandiya üzərində 3-0 hesablı qələbədən sonra əyləndiyi klubda içkili vəziyyətdə görüntülənmişdi. Məsələ ilə bağlı araşdırmanı yekunlaşdıran federasiya rəsmiləri Runini milli komandadan uzaqlaşdırmamaq qərarına gəlib.