Rüştü reanimasiyaya köçürülüb

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin müalicəsi davam etdirilir.

Sportline.az xəbər verir ki, sabiq qapıçının həyat yoldaşı İşıl Rəçbər müalicənin yaxşı istiqamətdə olduğunu bildirib:

"Müalicə yaxşı istiqamətdə davam edir. Xəstəlik ani peyda oldu. COVID-19 Rüştünün ağciyərlərinə keçdi. Nəfəsi daraldığı üçün həkimə nəzarətinə götürüldü. O, hazırda reanimasiyadadır".

 46 yaşlı keçmiş futbolçu martın 29-u xəstəxanaya yerləşdirilib.