Rusiya Premyer Liqası da təxirə salındı

Futbol üzrə Rusiya Premyer Liqası təxirə salınıb.

Sportline.az xəbər verir ki, Premyer Liqa klubları bu gün keçirilən iclasda koronavirusa səbəbindən mövsümü ən azı aprelin 10-dək dayandırmaq qərarına gəliblər.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində çempionatlar koronavirus pandemiyasına görə dayandırılıb. Rusiya Premyer Liqasında 22 turdan sonra "Zenit" klubu 50 xalla liderdir.