Ruslan Lunyov Dünya Kubokunda gümüş medal qazanıb

Hindistanda keçirilən Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) Dünya kubokundan atıcımız Ruslan Lunyov gümüş medal qazanıb.

Sportline.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 m məsafəyə atəş açmada ikinci olub.

Qeyd edək ki, yarışın qalibi adını hindistanlı Sarabjot Sinq qazanıb. Bürünc medalı da onun həmyerlisi Varun Tomar əldə edib.