Ruslan Lunyov Meksikaya yollanır
Gələn ay Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək.
Sportline.az xəbər verir ki, martın 1-də start götürəcək yarışda ölkəmizi Ruslan Lunyov təmsil edəcək. O, 10 m və 25 m məsafələrdən atəş açmada bacarığını göstərəcək.
Qeyd edək ki, yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq.