Ruslar bu addımı atmağa hazırlaşırlar

Rusiya Futbol İttifaqının baş katibi Aleksandr Alayev "Zenit”in vaxtından əvvəl çempion elan edilməsi variantını müzakirə etdiklərini deyib.
 
Sportline.az "Sport-Ekspress”ə istinadən xəbər verir ki, qurum rəsmisi belə danışıb: "Durum bizə çempionatı bərpa etmək imkanı verməsə, Premyer Liqanı keçirilmiş sayacağıq. Hər şey indiki turnir cədvəlinə uyğun olacaq. Belədə, elitanı heç bir klub tərk etməyəcək. Premyer Liqa 18 komandayla keçiriləcək. "Rotor” və "Ximki” lisenziyadan uğurla keçsələr, sıralar genişlənəcək.
 
"Zenit” çempion elan ediləcək. Növbəti yerlər uyğun olaraq bölüşdürüləcək. Ölkə kuboku 1 il müddətinə təxirə salınacaq. Kubokun qalibinin Avropa Liqasında iştirak hüququ RPL-də dördüncü sırada olan komandaya veriləcək. Yekun qərarı İcraiyyə Komitəsi verəcək”.