Rüştünün vəziyyəti daha da pisləşib

Koronavirusa yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəçbərin durumu ağırdır.

Sportline.az xəbər verir ki, İspaniyanın "Marca" nəşri bu barədə xəbər yayıb: "Barselona"nın keçmiş qapıçısı Rüştü Rəçbər COVID-19 epidemiyasına yoluxub və kritik vəziyyətdədir. İspaniyadan bütün dəstəyimizi ona göndəririk".

Martın 29-u xəstəxanaya yerləşdirilən 46 yaşlı keçmiş futbolçu həkim nəzarətindədir.