"Sabah" "Qarabağ"la üz-üzə gələcək

Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı bu gün keçiriləcək.

Sportline.az xəbər verir ki, qarşılaşma "Bank Respublika Arena"da, saat 19:30-da start götürəcək.

Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər.

Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmil olunacaq. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi hazırda 33 xalla turnir cədvəlinə başçılıq edir. 31 xala malik "Sabah" ikincidir.