"Sabah" - "Selye" görüşünə azarkeş marağı
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Sabah" - "Selye" ( Sloveniya) görüşünə bilet satışı davam edir.
Sportline.az xəbər verir ki, artıq 3000 bilet sahibini tapıb.
Qeyd edək ki, komandaların ilk oyunu iyulun 10-da saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
Cavab qarşılaşması isə iyulun 17-də Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.