"Sabah" yeni transferə hazırlaşır

"Sabah” klubu afrikalı futbolçu transfer edə bilər.
 
Sportline.az xəbər verir ki, söhbət Cənubi Afrika Respublikasının "Orlando Pirates” klubunun futbolçusu Vinsent Puledən gedir.
 
"Sabah" 28 yaşlı hücumçunu yayda transfer etmək niyyətindədir.
 
Qeyd edək ki, Vinsent Pule əvvəllər CAR-ın "Afrikan Varriors" və "Bidvest Vits" klublarında oynayıb. O, bu mövsüm meydana çıxdığı 22 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.