"Sabah"ın futbolçusu millidə

Futbol üzrə Moldova millisinin, Andorra və Rusiya seçmələri ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Engin Fıratın dəvət göndərdiyi futbolçulardan biri də "Sabah"ın yarımmüdafiəçisi Yevgeni Koçukdur.

Komanda martın 23-də Vadul luy Vode şəhərində bir araya gələcək.

Qeyd edək ki, Moldova millisi martın 26-da evdə Andorra ilə, 5 gün sonra isə Rusiya ilə üz-üzə gələcək.