Sabiq klub prezidenti koronavirus qurbanı oldu

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, ölümünə koronavirus infeksiyası səbəb olub. 76 yaşlı funksioner martın 21-də xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub.