Sabiq "Qarabağ"lı məğlubiyyətə üzüldü

Millimizin futbolçusu Riçard Almeydanın çıxış etdiyi "Baniyas"  Birləşmiş Ərəb Əmirlikləri çempionatında növbəti oyuna çıxıb.

Sportline.az xəbər verir ki, sözügedən klub 18-ci turda səfərdə “Xorfakkan”la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

Qeyd edək ki, “Baniyas” 18 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudur.