Sabiq "Qarabağ"lı "Milan"dan gedir

“Milan” qapıçısı Asmir Beqoviçlə bu mövsümün sonu yolları ayıracaq.

Sportline.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, İtaliya təmsilçisi 32 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu "Bornmut"dan almayacaq.

Qeyd edək ki, Beqoviç bu mövsüm A seriyasında 2 matçda iştirak edib və 3 top buraxıb.

Xatırladaq ki, bosniyalı qapıçı bu mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.