Sabiq "Real Madrid"li "Atletiko"ya keçə bilər
"Real Madrid"in sabiq futbolçusu Takefuso Kubo "Atletiko Madrid"ə transfer ola bilər.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Real Sosyedad" futbolçusu üçün 30 milyon avro tələb edir.
24 yaşlı futbolçu "Atletiko"ya keçməyə razılıq verib.
Qeyd edək ki, Kubo ötən mövsüm meydana çıxdığı 52 matçda 7 qol 4 asistlə yadda qalıb.