Sabiq "Xəzər Lənkəranlı" ən yaxşılar sırasında

İspaniyanın "Betis" klubunun tarixindəki ən yaxşı qapıçılar müəyyənləşib. 

Sportline.az xəbər verir ki, 14 qolkiperdən ibarət siyahıda "Xəzər Lənkəran"ın sabiq üzvü Toni Doblasın da adı var. 

Doblas 1999 - 2003-cü illərdə "Betis"in əvəzedici komandasında, 2003 - 2008-ci illərdə isə əsas komandada oynayıb.

İspaniyalı oyunçu 2013-cü ildə Lənkəran təmsilçisinin formasını geyinib.