"Sampdoriya"da şad xəbər

Bir müddətdir koronavirusdan əziyyət çəkən “Sampdoriya”nın futbolçusu Manolo Qabbiadini sağalıb.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatına açıqlama verən hücumçu sonuncu koronavirus testinin mənfi çıxdığını deyib: “Birinci gün hərarətim oldu, növbəti beş gündə isə xoşagəlməz öskürək var idi. Bu müddəti evdə keçirdim. Hər gün həkimlərlə danışırdım. Sonuncu testin nəticəsi mənfi çıxdı”.

Qeyd edək ki, Manolo Qabbiadini “Sampdoriya”da koronavirusa yoluxan ilk futbolçu olub. Ondan sonra komandanın daha 6 futbolçusunda bu virus aşkarlanmışdı.