Səlahət Ağayev AZAL-la görüşü də buraxacaq
"İnter"in qapıçısı - Səlahət Ağayev Topaz Premyer Liqasının növbəti turunda keçiriləcək AZAL-la oyunda da komandasına kömək edə bilməyəcək. SportLine.az xəbər verir ki, bir neçə gündür fərdi şəkildə hazırlaşan “çərçivə qoruyucu”su AZAL-la oyundan sonra komanda ilə birgə məşqlərə start verəcək. Onun ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qəbələ” ilə qarşılaşmada meydanda olacağı ehtimal edilir.
Qeyd edək ki, S.Ağayev Azərbaycan millisinin Qətərlə yoldaşlıq görüşündə zədələnib.