"Seltik" 38 yaşlı forvardı heyətinə qata bilər
"Lester Siti"dən azad agent kimi ayrılan ingiltərəli forvard Ceymi Vardi karyerasını Şotlandiya çempionatında davam etdirə bilər.
Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, "Seltik" 38 yaşlı futbolçunu transfer etmək niyyətindədir.
Baş məşqçi Brendan Rocers Vardini komandasında görmək istəyir.
Qeyd edək ki, sözü gedən futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 1 milyon avrodur.